Zelenski: Ukraynadan Vladivostoka zərbələri dayandırması xahiş olunub
Ukrayna müəyyən müddət ərzində Rusiyanın Vladivostok istiqamətinə zərbələr endirməyi başqa bir “dünya dövləti”nin xahişi ilə dayandırıb.
Crossmedia.az xəbər verir ki, “Le Monde” bu barədə məlumat yayıb.
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Kiyev daha əvvəl ABŞ-nin xahişi ilə avqustun 25-dən 27-dək Moskva və Sankt-Peterburqa zərbələr endirməməyə razılaşıb. Bu müddət Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya səfəri ilə üst-üstə düşüb.
Zelenski bildirib ki, həmin vaxt Ukrayna Rusiyaya zərbələr endirməsə də, Ukrayna ərazisinə hücumlar davam edib.
O, həmçinin Kiyevin başqa bir “dünya dövləti”nin xahişini nəzərə alaraq müəyyən müddət ərzində Vladivostok istiqamətində hücumları dayandırdığını deyib. Zelenski söhbətin hansı ölkədən getdiyini açıqlamayıb.
Ukrayna Prezidenti əlavə edib ki, Kiyev tərəfdaşlarının xahişi ilə Rusiyanın ayrı-ayrı bölgələri və marşrutları üzərində pilotsuz uçuş aparatlarından istifadəyə məhdudiyyət qoymağa hazırdır.
Zelenskinin sözlərinə görə, Rusiyanın hava məkanında təhlükəsizlik yalnız sülh istiqamətində real nəticələr əldə edildikdən sonra bərpa oluna bilər.
15:43 02.09.2026
Oxunuş sayı: 46