CROSSMEDIA - Aviasiya tarixini araşdırsaq, belə qəza enişləri... - Kapitan
Gündəm

Aviasiya tarixini araşdırsaq, belə qəza enişləri... - Kapitan

Yaranmış vəziyyətdə bizim fədakar pilotlarımız təyyarəni Aktau şəhərinə çatdırmağa nail olub və qəza enişi ediblər. Əgər aviasiya tarixini araşdırsaq, görərik ki, bu cür qəza enişləri zamanı çox nadir hallarda heyət üzvləri işini peşəkar qaydada yerinə yetirə bilib. Bu fikirləri AZAL-ın təlimatçı-kapitanı Rafiq Hüseynov Bakı-Qroznı uçuşunu yerinə yetirərkən Aktauda qəzaya uğrayan təyyarədə həlak olan həmkarları haqqında danışarkən deyib.

“Bu hadisə bir daha göstərdi ki, Azərbaycan pilotları, təyyarə bələdçiləri işlərinin peşəkarıdırlar”, - deyə kapitan Rafiq Hüseynov bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. (azərtac)

02:03 30.12.2024

Oxunuş sayı: 4632

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR