İranın nəzarətində olan sularda nə baş verir?: tankerlərlə bağlı açıqlama
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki tankerin minalara düşdüyünü və hərəkətsiz qaldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın mətbuat xidməti bu barədə məlumat yayıb.
SEPAH-ın açıqlamasında tankerlərin İranın müəyyən etdiyi marşrutla razılaşdırılmadan hərəkət etdiyi və ABŞ tərəfindən nəzarətə götürüldükdən sonra həmin istiqamətdə aparılmağa çalışıldığı iddia edilib. Korpus İran Silahlı Qüvvələrinin Hörmüz boğazına nəzarəti zəiflətməyəcəyini bildirib.
Bildirilib ki, tankerlərin ekipaj üzvləri gəmiləri tərk edib.
SEPAH həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirərək çox sayda amerikalı hərbçini məhv etdiyini iddia edib. İordaniya Silahlı Qüvvələri isə ölkənin hava hücumundan müdafiə sistemlərinin hava məkanına daxil olan 13 ballistik raketin qarşısını aldığını açıqlayıb.
Qeyd edək ki, tankerlərin minalara düşməsi ilə bağlı SEPAH-ın iddiası müstəqil mənbələr tərəfindən hələ təsdiqlənməyib.
12:56 02.09.2026
Oxunuş sayı: 52