Bu gün hava necə OLACAQ? - PROQNOZ
Bu gün Bakıda havanın temperaturunun 28, Azərbaycanın rayonlarında isə 31 dərəcəyədək yüksələcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Temperatur gecə 17-21, gündüz 26-31, dağlıq ərazilərdə isə gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
09:18 02.09.2026
Oxunuş sayı: 55