“Döyüşə yalnız qocalar gedir” filminin ulduzu dünyasını dəyişib
“Döyüşə yalnız qocalar gedir” filminin ulduzu Leonid Marçenko vəfat edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukraynanın əməkdar artisti, teatr və kino aktyoru Leonid Marçenko Kiyevdə 88 yaşında dünyasını dəyişib. Onun yaradıcılıq fəaliyyətinin 60 ildən çoxu Lipkidəki Kiyev Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub.
Marçenko bu teatrın səhnəsində təxminən 50 rol ifa edib. Onun Ukrayna kinosundakı obrazları ölkənin kino tarixinin bir hissəsinə çevrilib.
01:12 02.09.2026
Oxunuş sayı: 43