Suriya qüvvələri Həsəkəyə daxil olub
Suriya daxili təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində yerləşən Həsəkə şəhərinə daxil olaraq, əvvəllər Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan mövqelərdə yerləşiblər.
Crossmedia.az xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin buraxılması və dövlət strukturlarına inteqrasiyasından sonra hökumət qüvvələrinin Həsəkədə yerləşdirilməsi prosesi başlayıb.
SDQ-nin komandanı Mazlum Abdi avqustun 25-də təşkilatın müstəqil hərbi qüvvə kimi fəaliyyətinə son qoyulduğunu açıqlayıb. Qərar qüvvələrin Suriya ordusuna və dövlət qurumlarına inteqrasiyası ilə bağlı razılaşmanın icrası çərçivəsində qəbul edilib.
Bu proses Dəməşqin ölkənin şimal və şərqində mərkəzi hakimiyyətin nəzarətini gücləndirməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. SDQ-nin uzun illər nəzarət etdiyi ərazilərdə hərbi və inzibati strukturların Suriya dövlətinə birləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SDQ-nin ləğvindən sonra onun keçmiş komandanı Mazlum Abdi Suriya Prezidenti Əhməd əl-Şaranın müşaviri təyin edilib.
16:27 01.09.2026
Oxunuş sayı: 39