Almaniya rusiyalı diplomatları ÖLKƏDƏN QOVMAĞA hazırlaşır
Almaniya hökuməti bir neçə rusiyalı diplomatın ölkədən çıxarılması və Bonnda fəaliyyət göstərən sonuncu Rusiya baş konsulluğunun bağlanması imkanını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “Der Spiegel” anonim mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, müzakirələr Leypsiq/Halle hava limanı yaxınlığında baş verən pilotsuz uçuş aparatı insidentindən sonra gündəmə gəlib. Almaniya kansleri Fridrix Merts hadisəyə görə Rusiyanı ittiham etməyə hazırlaşır.
Almaniya hökumətinin mümkün addımları sırasında Berlindəki Rus Evində fəaliyyətin dayandırılması da nəzərdən keçirilir.
Gözlənilir ki, sentyabrın 1-də Almaniyanın daxili işlər naziri Aleksander Dobrinqtd və xarici işlər naziri Yohann Vadeful birgə mətbuat konfransı keçirərək Leypsiqdəki insidentlə bağlı araşdırmanın nəticələrini və hökumətin atacağı mümkün addımları açıqlayacaqlar.
Bundan əvvəl Almaniya hakimiyyətinin Avropa İttifaqı və NATO ilə birlikdə Leypsiq hava limanı yaxınlığında aşkarlanan PUA-larla bağlı cavab tədbirləri hazırlayacağı bildirilmişdi. Almaniya tərəfi bu addımın Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarla koordinasiya ediləcəyini açıqlayıb.
15:59 01.09.2026
Oxunuş sayı: 47