İlham Əliyev: Qətnamələrin icrasında BMT rol oynamayıb, Azərbaycan öz suverenliyini özü bərpa edib
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanmasına dair qətnamələrin icrasında heç bir rol oynamayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxış edərkən bildirib.
"Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam olaraq özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icra olunması müvafiq mexanizmlərin işlənib hazırlanmasını tələb edir", - o bildirib.
14:16 01.09.2026
Oxunuş sayı: 50