Azərbaycan Kubokunda 97 boksçu mübarizə aparacaq
Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək.
Crossmedia.az xəbər verir ki, sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.
U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.
17:58 31.08.2026
Oxunuş sayı: 43