Bu ittifaq bölgədə sabitliyin açarıdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədə yeni əməkdaşlıq modelinin formalaşmasının qeyri-müəyyənliyi azaltmağa və sabitliyi gücləndirməyə xidmət edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə tərəfdaşları ilə birlikdə regionda yaşanan ağrılı hadisələrdən əldə olunan təcrübə əsasında yeni bir baxış ortaya qoyub və bu əsasda ittifaq formalaşıb.
“Bu ittifaqla birlikdə bölgəmizdə qeyri-müəyyənlik azalacaq”, – deyə Fidan bildirib.
O vurğulayıb ki, Türkiyə bu ittifaqı regionda sabitliyin və sülhün əsas açarı kimi qiymətləndirir.
Fidanın yanaşmasına görə, son illərdə regionda baş verən münaqişələr ölkələri təhlükəsizlik və əməkdaşlıq məsələlərinə yenidən baxmağa vadar edib. Türkiyə isə dialoq və regional əməkdaşlıq vasitəsilə daha dayanıqlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasını prioritet hesab edir.
16:24 31.08.2026
Oxunuş sayı: 51