Məhkəmədən 11 sentyabr işi ilə bağlı mühüm qərar
ABŞ hərbi məhkəməsi 11 sentyabr 2001-ci il terror aktları ilə bağlı işdə əsas təqsirləndirilən şəxslərdən biri olan Xalid Şeyx Məhəmmədin ifadəsinin iş materiallarından çıxarılmasına qərar verib.
Crossmedia.az xəbər verir ki, The New York Times-ın məlumatına görə, hakim Məhəmmədin dindirilmələr zamanı işgəncəyə və ciddi təzyiqə məruz qalması səbəbindən ifadənin qəbul edilə bilməyəcəyinə qərar verib.
Məhkəmədə bildirilib ki, Məhəmmədə susmaq və vəkillə məsləhətləşmək hüquqları barədə məlumat verilməyib. O, 2001-ci il 11 sentyabr hücumları zamanı təyyarələrin ələ keçirilməsi planını hazırlamaqda ittiham olunur və barəsində ölüm hökmü tələb edilirdi.
10:55 30.08.2026
Oxunuş sayı: 56