Nepalda faciəvi rəqəmlər: yüzlərlə ölü, minlərlə itkin
Nepalda baş verən daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb, 2 498 nəfər isə itkin düşmüş hesab olunur.
Crossmedia.az bu barədə Nepal hökumətinin məlumatlarına istinadən xəbər verir.
Fəlakət avqustun 26-da Çinlə sərhəddə yerləşən Rasua rayonunda baş verib. Tibetdə zəlzələ və torpaq sürüşməsi nəticəsində çayın məcrasının bağlanması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub.
Daşqından sonra 31 xarici turist xilas edilib. Onların arasında iki Rusiya vətəndaşı da olub. Xilas edilənlər arasında ABŞ, İtaliya, Cənubi Koreya, Hindistan, Bolqarıstan və İsveçrə vətəndaşları da var.
09:28 30.08.2026
Oxunuş sayı: 59