Bakıda 43 yaşlı kişinin meyiti evdə tapılıb
Bakının Suraxanı rayonunda 43 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, hadisə Zığ qəsəbəsi, Qum adası 6-cı dalan ünvanında qeydə alınıb.
1963-cü il təvəllüdlü Məmmədov Orxan Ratxan oğlunun meyiti yaşadığı evdə tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
12:59 29.08.2026
Oxunuş sayı: 54