ABŞ kosmosda yeni dövrə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp ölkənin yeni Kosmik Akademiyasının yaradılması prosesinə başlanılması üçün sərəncam imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni akademiyanın ABŞ Kosmik Qüvvələri, NASA və kommersiya kosmik sənayesi üçün hərbçilər, mühəndislər və mülki operatorlar hazırlaması planlaşdırılır. Təhsil müəssisəsinin Vest-Poynt və digər ABŞ hərbi akademiyaları nümunəsində yaradılması nəzərdə tutulur.
Tramp sərəncamı avqustun 28-də NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində imzalayıb. Akademiyanın yerləşəcəyi məkanın isə hələ müəyyənləşdirilmədiyi bildirilib.
22:30 28.08.2026
Oxunuş sayı: 54