Yunanıstan və İsrail 3,1 milyard avroluq müdafiə sistemi qurur
Yunanıstan və İsrailin bazar ertəsi Təl-Əvivdə Axilles qalxanı adlandırılan inteqrasiya olunmuş hava və raket hücumundan müdafiə şəbəkəsinin yaradılması ilə bağlı 3,1 milyard avro dəyərində sazişlər imzalaması planlaşdırılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni sistem İsrailin Spyder, Barak MX və Davids Sling komplekslərini Yunanıstanın mövcud hava hücumundan müdafiə vasitələri ilə birləşdirəcək. Sistem pilotsuz uçuş aparatları, təyyarələr və ballistik raketlərə qarşı mübarizə üçün süni intellekt əsaslı texnologiyalardan istifadə edəcək.
Layihə çərçivəsində tədarüklərin 35 ay ərzində tamamlanması planlaşdırılır. Layihədə Yunanıstan sənayesinin payının 25 faiz təşkil edəcəyi bildirilir.
20:07 28.08.2026
Oxunuş sayı: 35