SOCAR prezidenti özünə YENİ MÜŞAVİR təyin etdi
SOCAR prezidenti Rövşən Nəcəf özünə yeni müşavir təyin edib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səriyyə Bünyatova SOCAR prezidentinin müşaviri təyin olunub.
O, 2023-cü ildən yeni təyinatadək SOCAR-ın vitse-prezidentinin müşaviri vəzifəsində, 2021-2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində çalışıb.
14:24 28.08.2026
Oxunuş sayı: 45