Pakistanda güclü musson yağışları 14 nəfərin ölümünə səbəb olub
Pakistanın Hayber-Paxtunxva əyalətində güclü musson yağışlarının yaratdığı qəfil daşqınlar nəticəsində azı 14 nəfər ölüb, 19 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Daşqınlar üç gün ərzində bölgədə ciddi fəsadlara səbəb olub. Güclü yağışların xüsusilə ölkənin şimal-qərb hissəsində vəziyyəti ağırlaşdırdığı bildirilir.
15:22 27.08.2026
Oxunuş sayı: 45