Yayoi Kusama vəfat edib
Yaponiyanın məşhur avanqard rəssamı Yayoi Kusama 97 yaşında dünyasını dəyişib. Rəssam ömrünün son günlərinə qədər yaradıcılıq fəaliyyətini davam etdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yayoi Kusama Museum" məlumat yayıb. Bildirilib ki, Kusama avqustun 14-də xəstəxanada vəfat edib.
Rəssam uzun illər eşitmə və görmə hallüsinasiyalarından, həmçinin obsessiv-kompulsiv pozuntudan əziyyət çəkib. Onun yaradıcılığının əsas motivlərindən olan nöqtə və tor naxışlarının davamlı şəkildə çəkilməsi isə panika və narahatlıqla mübarizə üsuluna çevrilib.
Kusama 1977-ci ildən öz qərarı ilə Tokiodakı psixiatriya klinikasında daimi yaşayıb. O, hər səhər klinikadan yaxınlıqdakı emalatxanasına aparılıb və burada rəsm əsərləri üzərində çalışıb.
Rəssamın "Infinity Nets", "Flowers" və "Pumpkins" seriyalarına daxil olan əsərləri hərraclarda mütəmadi olaraq milyonlarla dollara satılıb. Onun əsərləri arasında satış rekordu 1959-cu ildə "Infinity Nets" seriyasından çəkdiyi tabloya məxsusdur. Əsər 2022-ci ildə keçirilən hərracda 10,5 milyon dollara satılıb.
11:10 27.08.2026
Oxunuş sayı: 34