Rusiyanın nəhəng neft zavoduna PUA hücumu edilib
Rusiyanın Nijeqorod vilayətinin Kstovo şəhərində yerləşən Lukoyl-Nijeqorodnefteorqsintez neft emalı zavoduna pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Lukoyl-Nijeqorodnefteorqsintez Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri hesab olunur. Zavodun illik emal gücü 17 milyon ton neft təşkil edir.
18:24 26.08.2026
Oxunuş sayı: 49