AFFA İntizam Komitəsi Premyer Liqanın iki klubunu cərimələyib
AFFA İntizam Komitəsi iki klubu cərimələyib.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib. Misli Premyer Liqasında II turun "Zirə" – "İmişli" oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
"Neftçi" – "Araz-Naxçıvan" oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.
13:51 26.08.2026
Oxunuş sayı: 56