Karib dənizində sürət qayığına hücum: 4 nəfər öldü
ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu bildirilən sürət qayığına ölümcül zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın açıqlamasına görə, Qərb yarımkürəsinin Birgə Əməliyyat Qrupunun qüvvələri tərəfindən həyata keçirilən hücum nəticəsində qayıqdakı dörd nəfər ölüb.
Bildirilib ki, qayıq narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlardan biri ilə hərəkət edib.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
10:33 26.08.2026
Oxunuş sayı: 50