Vens: Kanada və Çin ticarət siyasətində dünyanın ən pis ölkələridir
ABŞ vitse-prezidenti Cey Di Vens Kanada və Çini ticarət siyasətinə görə dünyanın ən pis ölkələri adlandırıb.
Crossmedia.az xəbər verir ki, Vens sosial şəbəkədə paylaşımında Kanada və Çinin ticarət siyasətini sərt şəkildə tənqid edib.
“Kanada və Çin ticarət siyasəti sahəsində dünyanın ən pis iki ölkəsidir. Nə yazıq. Çin, əlbəttə ki, gözlənilən idi”, – deyə Vens bildirib.
12:19 25.08.2026
Oxunuş sayı: 46