ABŞ-nin İrana qarşı iqtisadi hücuma başladığı bildirilib
ABŞ maliyyə naziri Skott Bessent İranın dünya üzrə maliyyə əlaqələrinə qarşı genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlanıldığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Vaşinqtonun məqsədi Tehranı dəstəkləyən bütün iqtisadi əlaqələri kəsmək və İranı beynəlxalq maliyyə sistemində təcrid etməkdir.
“Bizim məqsədimiz bu tiran rejimini dəstəkləyən bütün iqtisadi əlaqələri qırmaqdır ki, Tehran tək qalsın”, – Bessent deyib.
ABŞ maliyyə naziri həmçinin İranın digər ölkələrdən daha çox amerikalının ölümünə səbəb olduğunu iddia edib.
Bessentin açıqlaması Vaşinqtonun Tehran üzərində iqtisadi təzyiqi daha da artırmağa hazırlaşdığı bir vaxtda səslənib. ABŞ yeni sanksiyaları iqtisadi D-Day adlandırır və İranın maliyyə əlaqələrinin mümkün qədər geniş şəkildə hədəfə alınacağını bildirir.
21:39 24.08.2026
Oxunuş sayı: 53