Xələf Xələfova ağır itki
Azərbaycan elminə ağır itki üz verib.
Crossmedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Ayvaz Xələfli vəfat edib. O, yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib.
Xələfli Ayvaz Alı oğlu 1942-ci ildə Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Cil kəndində anadan olub.
Qeyd edək ki, mərhum Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və professor Abuzər Xələfovun qardaşıdır.(Ölkə.az)
16:45 24.08.2026
Oxunuş sayı: 43