Azərbaycan ABŞ-yə ixracını 52 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 521 milyon 603 min ABŞ dolları təşkil edib.
Crossmedia.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % azdır.
Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 52,5 % artaraq 64 milyon 351,51 min ABŞ dolları, idxalının dəyəri isə 36,3 % azalaraq 457 milyon 252,33 min ABŞ dolları olub.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 1,7 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 0,3 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 4,6 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
14:44 24.08.2026
Oxunuş sayı: 49