Hindistanın zərbələrindən sonra Bəhavalpurda Ceyş-e-Məhəmməd bazası bərpa edilib
Pakistanın Bəhavalpur şəhərində Ceyş-e-Məhəmməd təşkilatının “Markaz Subhan Allah” qərargahının yenidən qurulması başa çatıb.
Crossmedia.az xəbər verir ki, “India Today” əldə etdiyi görüntülərə əsasən bu barədə məlumat yayıb. Pəncab əyalətində yerləşən kompleks ötən ilin mayında Hindistanın “Sindoor” əməliyyatı zamanı zərbələr nəticəsində ciddi zədələnmişdi. Məlumata görə, obyekt yeni mərmərlə bərpa edilib, divarlar yenidən suvanaraq rənglənib, zədələnmiş günbəzlər isə yenidən tikilib. Kompleksin mərkəzi zalında zərbələr nəticəsində yaranmış çuxurlar da doldurulub və tikili əsaslı şəkildə təmir edilib.
18:27 23.08.2026
Oxunuş sayı: 46