İsrail və Türkiyə arasında Suriyada gizli əlaqə kanalları yaradılıb
İsrail və Türkiyə arasında Suriyada birbaşa qarşıdurmanın qarşısını almaq məqsədilə gizli əlaqə kanalları fəaliyyət göstərir.
Crossmedia.az xəbər verir ki, İsrailin “KAN” telekanalı bu barədə məlumat yayıb.
İsrail təhlükəsizlik sistemindəki mənbənin sözlərinə görə, həmin kanallar vasitəsilə mümkün qarşıdurmaların qarşısını almaq üçün xəbərdarlıqlar və digər məlumatlar ötürülür.
Mənbə bildirib ki, bu əlaqə kanalları iki ölkənin qüvvələrinin Suriyada təsadüfən qarşı-qarşıya gəlməsinin qarşısını almağa imkan verir.
Onun sözlərinə görə, diplomatik siqnallar nəticə vermədiyi təqdirdə İsrail “hərəkət etmək məcburiyyətində qalır”.
11:57 23.08.2026
Oxunuş sayı: 46