CROSSMEDIA - Medvedyev İlham Əliyevə məktub göndərdi
Gündəm

Medvedyev İlham Əliyevə məktub göndərdi

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Məktubda qeyd olunur:

“Hörmətli İlham Heydər oğlu.

“AZAL”a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycan və Rusiya, həmçinin bəzi digər ölkələrin vətəndaşlarının həlak olmaları ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Həlak olanların yaxınlarının dərdinə şərik olduğumu bildirirəm”.

15:49 28.12.2024

Oxunuş sayı: 4532

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR