Sanksiyalar bu iki ölkəni daha da yaxınlaşdırır
İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf İraqa səfərinin nəticələri ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qalibaf bildirib ki, səfər zamanı tərəflər müxtəlif istiqamətlər üzrə geniş müzakirələr aparıblar. Onun sözlərinə görə, sanksiyalar həm İrana, həm də İraqa təzyiq göstərsə də, bu vəziyyət iki ölkə arasında daha sıx əməkdaşlıq üçün imkan yaradır.
“Şübhəsiz ki, sanksiyalar həm İraqa, həm də İrana təsir edir, lakin bu, özlüyündə daha yaxın əməkdaşlıq üçün əla imkan yaradır”, – deyə Qalibaf bildirib.
İran parlamentinin sədri həmçinin İraq Ticarət-Sənaye Palatasının nümayəndələrinin İrana səfərinin planlaşdırıldığını açıqlayıb.
22:48 21.08.2026
Oxunuş sayı: 59