Göyçayda idman zamanı ölüm – 60 yaşlı kişinin HƏYATI SÖNDÜ
Göyçay rayonunda 60 yaşlı kişi stadionda ölüb.
Crossmedia.az- ın məlumatına görə, rayon mərkəzinin Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Ehtiram Xəlilov bu gün səhər saatlarında stadiona gələrək, orada idman edib. Həmin vaxt o özünü pis hiss edib. Əraziyə həkim briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Xəlilov ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma başlanılı
15:50 20.08.2026
Oxunuş sayı: 61