Ermənistan Türkiyə və Azərbaycanla enerji əlaqələrini genişləndirəcək
Ermənistan Türkiyə və Azərbaycanla enerji əlaqələrinin yaradılmasını və genişləndirilməsini təşviq etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin 2026–2031-ci illər üzrə inkişaf proqramında qeyd olunub.
Proqramda Türkiyə ilə enerji infrastrukturunun bərpası və genişləndirilməsi, həmçinin nəqliyyat və rəqəmsal infrastrukturun inkişaf etdirilməsi nəzərdə tutulur.
Sənəddə Azərbaycanla münasibətlər çərçivəsində isə sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiya və demarkasiyası, biznes əlaqələrinin inkişaf etdirilməsi və ikitərəfli ticarətin artırılması planları əksini tapıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl Azərbaycan və Türkiyə ilə enerji bağlantılarının inkişaf etdirilməsinin enerji təhlükəsizliyinə və “yaşıl keçid”ə töhfə verə biləcəyini bildirmişdi.
12:14 20.08.2026
Oxunuş sayı: 44