Kiyevə hücumda 5 nəfər ölüb, 23 nəfər yaralanıb
Rusiya ordusunun Kiyevə növbəti hücumu nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Xilasedicilərin bildirdiyinə görə, paytaxtın Svyatoşınski, Darnitski və Solomenski rayonlarında zərbələr, dağıntılar və yanğınlar qeydə alınıb.
Atəş nəticəsində yaşayış evlərinin və tibb müəssisəsinin binasının pəncərələri sınıb. Həmçinin avtomobillər, qarajlar və mağazada yanğın baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, xidmətlər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir. Hazırda şəhərdə hava hücumundan müdafiə qüvvələri də fəaliyyət göstərir.
09:48 20.08.2026
Oxunuş sayı: 69