Azərbaycanın kuryer göndərişlərindən gəlirləri 2 dəfə artıb
2025-ci ildə Azərbaycanda sürətli poçt və kuryer göndərişlərindən 24,2 milyon manat gəlir əldə olunub.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 8,4 % azdır.
O cümlədən, hesabat dövründə kuryer göndərişlərindən gəlir 2 dəfə artaraq 8,8 milyon manat təşkil edib.
Son 5 ildə isə sürətli poçt və kuryer göndərişlərindən gəlirlər 2,3 dəfə, o cümlədən kuryer göndərişlərindən 5 dəfə artıb.
Ötən il 330,2 min kiloqramlıq 1 milyon 305,6 min ədəd sürətli poçt göndərilib. Bunun 1 milyon 163,4 ədədi sənəd tərkibli, 142,2 min ədədi isə mal tərkibli göndərişlər olub.
17:18 19.08.2026
Oxunuş sayı: 45