Səfir: Birləşmiş Krallıqla Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində iş davam edir
Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində iş davam edir.
Crossmedia.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Səfir bunun ortaq prioritetlər üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətləri daha da inkişaf etdirəcəyini vurğulayıb.
15:50 18.08.2026
Oxunuş sayı: 49