Tramp müttəfiqləri ilə münasibətlərdə yeni prinsip tətbiq edir
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hər hansı beynəlxalq məsələdə mövqeyini dəstəkləməyən müttəfiqlərin digər sahələrdə də bunun nəticələri ilə üzləşə biləcəyi yeni yanaşma tətbiq edir.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp ikinci prezidentlik müddətində müttəfiqlərlə münasibətlərdən daha fəal şəkildə təzyiq vasitəsi kimi istifadə etməyə başlayıb. Vaşinqton müxtəlif sahələrdə əməkdaşlığı tərəfdaş ölkələrin ABŞ-in xarici siyasət təşəbbüslərinə dəstəyi ilə əlaqələndirir.
Bu yanaşmanın son nümunələrindən biri Cənubi Koreyadır. Seulun İranla bağlı ABŞ təşəbbüslərini dəstəkləməkdən imtina etməsindən sonra ölkə Vaşinqtonun təzyiqi ilə üzləşib.
Məlumata görə, ABŞ administrasiyası Cənubi Koreya ilə hərbi əməkdaşlığa yanaşmasını da yenidən nəzərdən keçirməyə başlayıb.
15:25 18.08.2026
Oxunuş sayı: 52