Binəqədidəki yanğın söndürüldü - YENİLƏNİB
FHN-dən bildirilib ki, yanğın tam söndürülüb.
14:24
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
Hadisə ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
13:23
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
Crossmedia.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Nəsimi metrostansiyasının yaxınlığında yerləşən köhnə poliknika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
12:57
Bakının Nəsimi rayonunda köhnə tikili yanır.
Crossmedia.az xəbər verir ki, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.
15:29 18.08.2026
Oxunuş sayı: 319