Qəzada həyatını itirən 13 yaşlı Məhəmmədəli ilə vida mərasimi keçirilib - Fotolar
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi qəzaya düşüb. Faciə nəticəsində Azərbaycan xalqı dərin sarsıntı keçirdi.
Qəzada həlak olan 13 yaşlı məktəbli Yeqanov Məhəmmədəli ilə bu gün vida mərasimi keçirildi. Onun yaşadığı binanın önünə dostları, yaxınları, müəllimləri, sinif yoldaşları eləcə də Elm və Təhsil Nazirliyindən gül dəstələri və əklillər qoyuldu.
Yeniyetmənin vəfatına görə dərin hüzndə olan doğmalar, ətraf sakinlər onu son mənzilə yola salmaq üçün cənazənin ətrafına toplandılar.
Mərasimin sonunda mərhum üçün dua edilib, "Fatihə" oxundu.
Banuçiçək Kalbalıyeva
Aytac Kərimova
09:10 28.12.2024
Oxunuş sayı: 8048