Rusiya ordusu Ukrayna qoşunlarının əsas müdafiə qovşağına yaxınlaşıb
Rusiya hərbçiləri Krasnopodolye yaşayış məntəqəsini ələ keçirdikdən sonra Ukrayna Silahlı Qüvvələrinin Dobropolyedəki əsas müdafiə qovşağına yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, Krasnopodolye Dobropolyedən cəmi 3 kilometr məsafədə yerləşir. Bu yaşayış məntəqəsinə nəzarətin ələ keçirilməsi Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin mühüm müdafiə qovşağına birbaşa çıxış əldə etməsinə imkan yaradıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Krasnopodolyenin itirilməsi Ukrayna qüvvələrinin Dobropolyeyə cənub istiqamətində müdafiə xəttini saxlamaq imkanını məhdudlaşdırıb.
“Bu yaşayış məntəqəsinin itirilməsi qarşı tərəfi Dobropolyeyə cənub istiqamətində müdafiəni saxlamaq imkanından məhrum edir və bu istiqamətdə vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir”, - deyə nazirliyin məlumatında bildirilib.
14:51 18.08.2026
Oxunuş sayı: 43