CROSSMEDIA - Tokayev təyyarə qəzası ilə bağlı göstəriş verib
Gündəm

Tokayev təyyarə qəzası ilə bağlı göstəriş verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumət komissiyası və Baş Prokurorluğa digər səlahiyyətli orqanlarla birlikdə Aktau yaxınlığında baş verən təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

Qazaxıstan KİV-lərinin yazdığına görə, Tokayev bunu müşavirə zamanı bildirib.

O, həmçinin hökumət komissiyasına xəsarət alan xarici vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, eləcə də həlak olan Qazaxıstan vətəndaşlarının qohumlarına xüsusi diqqət yetirməyi tapşırıb. (report)

08:23 28.12.2024

Oxunuş sayı: 3409

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR