İtlər üçün ən populyar adlar açıqlanıb
Yeni itə ad seçmək heç də asan məsələ deyil. Ev heyvanının adı onun xarakterini əks etdirə bildiyi üçün seçimə diqqətlə yanaşmaq tövsiyə olunur.
Crossmedia.az xəbər verir ki, ˝WION˝-un yazdığına görə, it üçün ən yaxşı ad sadə, asan yadda qalan və heyvanın xarakterinə uyğun olmalıdır.
İllərdir populyarlığını qoruyan adlar arasında Bella, Luna, Maks, Çarli, Rokki və Koko yer alır.
Müasir heyvan sahibləri ad seçərkən filmlərdən, seriallardan və sosial şəbəkələrdən də ilham alırlar. Bununla belə, klassik adların ev heyvanlarının şən və sevimli xarakterini daha yaxşı ifadə etdiyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, populyar adlar yalnız seçim üçün nümunədir. Əsas məsələ adın həm sahibinin, həm də itin xoşuna gəlməsidir. Çünki seçilən ad uzun illər ərzində ev heyvanını müşayiət edəcək.
04:15 17.08.2026
Oxunuş sayı: 24