CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

02:11 02.10.2026

Fələstində illər sonra ilk parlament seçkiləri keçirilə bilər - Tarix AÇIQLANDI

44

Fələstin Prezidenti Mahmud Abbasın imzaladığı qərarnaməyə əsasən, işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahili ilə Qəzza zolağında parlament seçkilərinin 28 noyabrda keçirilməsi planlaşdırılır. Seçkilərdən sonra Milli Şuranın formalaşdırılması, 2027-ci ildə isə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Məlumata görə, Fələstində seçici sayı 2,97 milyon nəfərdir. Onlardan 1,59 milyonu İordan çayının qərb sahilində, 1,24 milyonu Qəzza zolağında, 140 mini isə Qüds şəxsiyyət vəsiqəsinə sahib seçicilərdir. Fələstində son parlament seçkiləri 2006-cı ildə keçirilib. Həmin seçkilərdə HƏMAS-ın qələbəsindən sonra FƏTH və HƏMAS arasında yaranan siyasi qarşıdurma fonunda növbəti seçkilər bir neçə dəfə təxirə salınıb. Hazırda Fələstin Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi ilə bağlı texniki hazırlıqları davam etdirir. Bununla belə, ekspertlər mövcud siyasi və təhlükəsizlik vəziyyətinin seçkilərin təxirə salınması ehtimalını artırdığını bildirirlər. Mütəxəssislərin diqqət çəkdiyi əsas məsələlər arasında İsrailin Şərqi Qüds və Qəzza zolağında seçkilərin keçirilməsinə münasibəti, İordan çayının qərb sahilində hərəkət məhdudiyyətləri, Fələstin siyasi qrupları arasında fikir ayrılıqları və namizəd siyahılarının formalaşdırılması ilə bağlı problemlər yer alır. Ekspertlərin bildirdiyinə görə, HƏMAS-ın seçkilərdə iştirakı da proses ətrafında əlavə siyasi və beynəlxalq mübahisələr yarada bilər. Digər tərəfdən, HƏMAS-ın iştirak etməməsinin Fələstin seçicilərinin siyasi təmsilçiliyinə təsir göstərə biləcəyi qeyd olunur. Analitiklər hesab edirlər ki, seçkilərin planlaşdırılan tarixdə keçirilib-keçirilməyəcəyi siyasi, təhlükəsizlik və təşkilati şərtlərdən asılı olacaq.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR