Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin edilib
Aidə Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.
Crossmedia.az-ın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
12:06 09.12.2025
Oxunuş sayı: 1117