2027-ci ildən uşaqların onkoloji müalicəsi sığorta ilə ödənilə bilər
Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin 2027-ci ildən başlayaraq İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır.
Crossmedia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində gələn ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək.
Ə.Əsədov həmçinin xatırladıb ki, əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur.
12:00 09.12.2025
Oxunuş sayı: 1191