CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: yaxın

19:12 18.10.2026

Zelenskidən Trampa xəbərdarlıq: Putinlə yaxınlaşmaq tarixi səhv olar!

300

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya Prezidenti Vladimir Putinin tərəfini tutmasının “tarixi səhv” olacağını bildirib. Bununla belə, o, Donald Trampı hələ də müttəfiqi hesab etdiyini vurğulayıb. Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə NBC News telekanalının “Meet the Press” proqramına müsahibəsində danışıb. “Biz ona inanmaq istəyirik. Ümid edirəm ki, qərarlarını dəyişəcək. Çünki düşünürəm ki, bunların hamısı səhvdir və nə bizə, nə də ABŞ-yə kömək edəcək”, – deyə Ukrayna lideri bildirib. Zelenski Tramp administrasiyasının Rusiyaya qarşı yeni sanksiyaların bir hissəsini dayandırmaq qərarından məyus olduğunu ifadə edib. Qeyd edək ki, Tramp oktyabrın 16-da Konqresin qəbul etdiyi Rusiyaya qarşı sanksiyaların tətbiqinə müəyyən istisnalar tanıyıb. Ağ Ev qərarı ABŞ-nin milli maraqları ilə əsaslandırıb. Ukrayna Prezidenti həmçinin ABŞ-nin ölkəsi ilə kəşfiyyat məlumatlarının paylaşılmasını müvəqqəti dayandırdığını açıqlayıb. Onun sözlərinə görə, bu müddətdə Ukrayna Rusiyanın ballistik raket hücumları barədə mühüm məlumatlardan məhrum olub. Zelenski sonradan kəşfiyyat məlumatlarının paylaşılmasının bərpa edildiyini, lakin hərbi məqsədlər üçün istifadə olunan “Starshield” peyk rabitə sisteminə məhdudiyyətlərin davam etdiyini bildirib. O, “SpaceX” şirkətinin tətbiq etdiyi məhdudiyyətlərin ABŞ hökumətinin göstərişi ilə əlaqəli ola biləcəyini iddia edib. Trampın və ya İlon Maskın qərarı şəxsən verib-vermədiyi barədə suala isə Zelenski dəqiq məlumatının olmadığını, lakin hər ikisinin bu prosesdə iştirak etmiş ola biləcəyini düşündüyünü deyib. Trampın Zelenskini Putinlə müqayisədə daha çətin tərəfdaş adlandırmasına münasibət bildirən Ukrayna lideri ABŞ Prezidenti ilə münasibətlərində hər zaman açıq danışdığını vurğulayıb. “Bəlkə də bu, çox nəzakətli deyil. Amma gülümsəyərək insan öldürənlərdənsə, açıq və dürüst tərəfdaşların olması daha yaxşıdır”, – deyə Zelenski bildirib. Ukrayna Prezidenti xəbərdarlıq edib ki, ABŞ-nin Rusiya ilə eyni mövqedən çıxış etməsi ölkəsinin müqavimət imkanlarını ciddi şəkildə zəiflədə bilər. Bununla belə, Zelenski ABŞ nümayəndələri ilə danışıqları davam etdirməyə hazır olduğunu və yaxın günlərdə yeni görüşün baş tutacağına ümid etdiyini söyləyib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR