"Latsio" İtaliya A Seriyasında tarixinin ən yaxşı startını gerçəkləşdirib
"Latsio" İtaliya A Seriyasında ilk 7 turdan sonra 19 xal toplayaraq tarixinin ən yaxşı startına imza atıb.
Crossmedia.az "Opta"ya istinadən xəbər verir ki, Roma təmsilçisi VII turun səfər matçında "Yuventus"u böyük hesabla məğlub edərək çempionatdakı məğlubiyyətsizlik seriyasını davam etdirib.
Cennaro Qattuzonun baş məşqçi olduğu komanda A Seriyasında 6 qələbə və 1 heç-heçəyə imza atıb.
Qeyd edək ki, "İnter"lə eyni xala malik "Latsio" hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
12:07 19.10.2026
Oxunuş sayı: 51