"Zirə"nin futbolçusu Elçin Əlicanov Premyer Liqada 100-cü oyununu keçirib
Misli Premyer Liqasının VIII turu Elçin Əlicanov üçün əlamətdar olub.
Crossmedia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"nin futbolçusu turnirdə 100-cü oyununu keçirib.
O, "Kəpəz"lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı müdafiəçinin hesabında 3 qol var.
E.Əlicanovun debütü 2022/2023 mövsümündə "Kəpəz"in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov "Zirə"də 32 oyunda 1 dəfə fərqlənib.
11:39 19.10.2026
Oxunuş sayı: 51