Rubio: ABŞ Mərkəzi Asiyaya kifayət qədər diqqət ayırmayıb
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun son 20 ildə Mərkəzi Asiyaya kifayət qədər diqqət yetirmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Marko Rubio açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək niyyətindədir. Rubio ABŞ şirkətlərinin Özbəkistan iqtisadiyyatının yaratdığı imkanlara maraq göstərdiyini qeyd edib.
Dövlət katibi həmçinin ABŞ Prezidenti Donald Trampın növbəti bir il ərzində Özbəkistana mümkün səfərinin nəzərdən keçiriləcəyini bildirib.
12:33 19.10.2026
Oxunuş sayı: 48