Yeni səhiyyə naziri kimdir? – DOSYE
Anar Məhərrəm oğlu Bayramov 1975-ci ildə anadan olub. O, Azərbaycan Tibb Universitetində ali tibbi təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat və idarəetmə üzrə magistratura təhsili alıb.
Anar Bayramov əmək fəaliyyətinə 1998-ci ildə “MediClub” klinikasında həkim kimi başlayıb. 2002-ci ildən “A-Group” Sığorta Şirkətində fəaliyyət göstərib. Burada baş tibbi ekspert, baş direktorun müavini, baş direktor və İdarə Heyətinin sədri vəzifələrini tutub.
O, 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinə rəhbərlik edib. 2012–2017-ci illərdə isə Xəzər-Avropa Maliyyə Klubunun prezidenti olub.
Anar Bayramov 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışan Bayramov sonrakı dövrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
O, 17 aprel 2025-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. 14 aprel 2026-cı ildə isə TƏBİB-in icraçı direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Anar Bayramov Azərbaycanın səhiyyə naziri təyin edilib. bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. dövlət başçısının fərmanına əsasən, TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
11:46 19.10.2026
Oxunuş sayı: 274