Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var
18 oktyabr gecəsi Rusiya qüvvələri Kiyevi ballistik raketlərlə vurub.
Crossmedia.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (SES) məlumatına görə, hücum nəticəsində 21 yaşlı bir qadın həlak olub, səkkiz nəfər yaralanıb. Şəhərin sol sahilindəki Çerniqovska metrostansiyası atəşə tutulması zamanı zədələnib. Stansiya yaxınlığında düşən dağıntılar hərəkət və təmas relslərini qırıb. Kiyevin Solomyanski rayonunda raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə dəyib və tibb müəssisəsinin üzərinə düşüb. Dneprski rayonundakı qeyri-yaşayış binasına da zərbə qeydə alınıb.
10:34 19.10.2026
Oxunuş sayı: 60