Türkiyə Şərqi Aralıq dənizində hərbi-dəniz qüvvələrini gücləndirib
Türkiyə Şərqi Aralıq dənizində hərbi-dəniz qüvvələrinin fəaliyyətini artırıb və bölgədə İsrail gəmiləri ilə bir neçə yaxınlaşma halı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, İsrailin “12-ci kanal”ı bu barədə məlumat yayıb.
Məlumata görə, son dövrlərdə beynəlxalq sularda Türkiyənin hərbi gəmiləri ilə bu ərazidən keçən İsrail gəmiləri arasında bir neçə dəfə yaxınlaşma baş verib.
Bildirilir ki, hadisələrin heç biri insidentlə nəticələnməyib. İsraildə bu addımlar Türkiyənin İsrailin bölgədəki mövcudluğuna baxmayaraq, Şərqi Aralıq dənizində fəal fəaliyyətini davam etdirmək niyyətinin siqnalı kimi qiymətləndirilir.
12:05 21.08.2026
Oxunuş sayı: 49